Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub
09.03.2021 17:01
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Şərqşünaslıq İnstitutundan yeni nəşrlər daxil olub.

Bu nəşrlər sırasında “Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə”, “Məqalələr, məruzələr, müsahibələr” (Gövhər Baxşəliyeva), “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının bəzi nömrələri, “Müasir İslamdaxili proseslər“ (R.Ə.Mürsəlov), “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında”, “Mehmet Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü” (Səriyyə Gündoğdu), “İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” və elmi cəhətdən seçilən digər kitabları da göstərmək olar.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 2020-ci ildə ümumi redaktəsi ilə çap olunmuş “Molla Nəsrəddin” ensiklopediyası da MEK-ə yeni daxil olmuş nəşrlər sırasında yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Поделиться: