Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

10.03.2021 12:07
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşı Oksford Universitetində təhsilini davam etdirir

AMEA-nın əməkdaşı Oksford Universitetində təhsilini davam etdirir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi və sabiq magistrantı Gülnar Abdullayeva dünyanın aparıcı universitetlərindən biri olan Oksford Universitetində “Onkologiya” ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirən Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olaraq, dünyanın bir sıra aparıcı universitetlərindən dəvət alıb. 2019-cu ilin sentyabrından o, Oksford Universitetində 4 illik doktorantura təhsilinə başlayıb.

Hazırda Gülnar Abdullayeva doktorantura təhsilinin ilkin imtahanlarından uğurla keçərək əsas “DPHIL” pilləsinə keçid alıb. Burada molekulyar biotexnologiya, mikroskopiya, genomiks ve genlərin tənzimlənməsi, molekulyar klonlaşdırma, proteomiks, metabolomiks, bioinformatika, struktur biologiyasının əsas prinsipləri kimi fənlər tədris olunur. Gənc tədqiqatçı CRISPR/Cas9 genom redaktə texnologiyası, Mass Sitometriya, kök hüceyrə biologiyasında tətbiq olunan qabaqcıl metodlara yiyələnir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Поделиться: