Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb
15.03.2021 10:30
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri, r.ü.f.d., dosent Gülçin Abdullayevanın müəllifi olduğu “Kəskin zəhərlənmə problemlərində süni intellektin tətbiqi” adlı məqaləsi Polşada “East European Science Journal” (impakt faktoru (2020) - 4.464 WoSSCOPUS) adlı jurnalda dərc olunub.

Məqalədə kimyəvi maddələrlə kəskin zəhərlənmə zamanı differensial diaqnozun qoyulması, toksikologiyanın problemləri, hazırda aktual olan kimyəvi zəhərlənmələr, mənfi nəticələrin qarşısının alınması, ilkin tibbi yardımın göstərilməsi kimi məsələlər işıqlandırılıb.

Bildiyimiz kimi, müasir dövrdə biliyə əsaslanan informasiya texnologiyaları ilkin tibbi yardımın göstərilməsi və diaqnoz problemlərinin həlli üçün ən vacib vasitə ola bilər. Yaranan diaqnostika problemləri isə əsasən zəif strukturlaşdırılmış tibbi biliklər, həlli süni intellekt müstəvisində olan problemlərlə bağlı ola bilər. Problemin baş verdiyi yerdə, xüsusən laborator analizlər olmadan xəstənin koma vəziyyətində olduğu hallarda klinik təzahürlər əsasında diaqnozun qoyulması mürəkkəbləşir. Məhz belə hallar üçün nəzərdə tutulan sistem təcili və təxirəsalınmaz yardımın tibb işçilərinə konsultant sistem kimi məsləhət verə bilər (əksərən bu maddələrin laborator analizə qədər təzahürü bir-birinə oxşardır).

Tədqiqat işi Bakı şəhər Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən 2006-2018-ci illərdə təqdim olunan materiallar əsasında yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: