Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

YT Parkın baş direktorunun məqaləsi “Springer” nəşriyyatında dərc olunub
18.03.2021 12:36
  • A-
  • A
  • A+

YT Parkın baş direktorunun məqaləsi “Springer” nəşriyyatında dərc olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, professor Əbülfəz Babayevin “Neft emalı və neft-kimya proseslərinin ekoloji kibernetikası” adlı məqaləsi dünyanın nüfuzlu elmi nəşriyyatlarından olan “Springer”də “Sənayenin Avtomatlaşdırılması üçün Ağıllı Sistem” XI beynəlxalq konfransının (WCIS-2020) materiallarında dərc olunub.

Məqalədə bildirilir ki, elm və təhsil sahəsi kimi çıxış edən texnoloji proseslərin ekoloji kibernetikası texnoloji biliklərin texnoloji proseslər sahəsində tətbiqi ilə yanaşı, mühəndis-ekoloqun ekoloji ekspertiza layihəsinin işlənib hazırlanmasına peşəkar yanaşmanı təmin edir.

Qeyd olunur ki, texnoloji proseslərin ekoloji kibernetikasının öyrənilməsi mürəkkəb texnoloji, konstruktiv layihələndirmə şəraitində aparılan texnoloji proseslərin ekoloji səviyyəsini qiymətləndirməyə imkan verəcək. Başqa sözlə, neft və neft-kimya emalının hər bir optimal prosesi tədqiqat obyekti kimi araşdırılmalı, avadanlıqların texnoloji və konstruktiv parametrləri, prosesdəki katalizatorların səmərəliliyi, xammalın tərkibi, emalın dərinliyi öyrənilib təkmilləşdirilməli və daha yüksək səviyyəyə gətirilib çıxarılmalıdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılmasının faydalı yollarından biri də prosesin kibernetik əsasının artırılması sayəsində yeni səviyyənin müəyyənləşdirilməsidir.

Qeyd edək ki, məqalə beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək rəy almışdır.

Məqalə haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: