Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  АНОНС

Seysmoloji Mərkəzdə Elm günü ilə bağlı konfrans keçiriləcək
29.03.2021 10:05
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Elm günü ilə bağlı konfrans keçiriləcək

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Elm günü ilə bağlı 30 mart 2021-ci il tarixində saat 11:00-da onlayn sərgi-konfrans keçiriləcək.

Azərbaycanda seysmoloji və instrumental müşahidələrin aparılmasında son 100 ildən bəri istifadə edilən cihaz və avadanlıqların sərgisi tədbirdə nümayiş etdiriləcək. Eləcə də zəlzələlər və onların tədqiqatına dair Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədlinin təqdimatı olacaq.

Tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli media nümayəndələrinin suallarını birbaşa cavablandıracaq (onlayn-brifinq).

Tədbirdə iştirak etmək üçün bu linkdən istifadə edə bilərsiniz.

İdentifikator: 923 5275 5483

Kod: 111222

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: