Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  АНОНС

"Vətənim" verilişinin növbəti buraxılışı dahi azərbaycanlı Xacə Nəsirəddin Tusiyə həsr olunacaq
29.03.2021 17:49
  • A-
  • A
  • A+

"Vətənim" verilişinin növbəti buraxılışı dahi azərbaycanlı Xacə Nəsirəddin Tusiyə həsr olunacaq

Martın 29-da saat 20:20-də Mədəniyyət kanalında "Vətənim" verilişinin növbəti buraxılışı yayımlanacaq.

Budəfəki veriliş dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Xacə Nəsirəddin Tusinin 820 illik yubileyinə həsr olunacaq.

Proqramda Xacə Nəsirəddinin macəralı ömründən, parlaq yaradıcılığından bəhs olunacaq, müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkiləcək.

"Vətənim" verilişinin aparıcısı AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: