AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) koronavirusun yayılmasının qarşısının alınması, müəssisə işçilərinin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bu məqsədlə 02 aprel 2021-ci il tarixində sözügedən müəssisədə növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri görülüb. İnstitutun nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri dezinfeksiya olunub.
Qeyd edək ki, İSİ-də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Əməkdaşlar instituta tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.