Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

14.04.2021 12:32
  • A-
  • A
  • A+

Torpaqların münbitliyinin artırılmasına dair tədqiqatlar davam etdirilir

Torpaqların münbitliyinin artırılmasına dair tədqiqatlar davam etdirilir

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində müzakirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq keçirilən müzakirədə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev, böyük laborant Aytac Quluzadə və  Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin şöbə müdiri Fazilə Fərəcova muxtar respublikada torpaq münbitliyinin artırılması, məhsuldarlığının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Müzakirədən sonra tədqiqatçılar Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasıilə tanış olub, “Araz” Elm İstehsalat Birliyinin əkin sahələrində müşahidə aparıblar. Aprelin ilk 10 günlüyündə pomidor bitkisi əkininin birgə aparılması və tədqiqi barədə razılıq əldə olunub.

Əkindən qabaq bir neçə sahədən götürülən torpaq nümunələri Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında analiz olunub, onların münbitlik göstəriciləri ölçülüb. Pomidor bitkisinə lazım olan torpaq göstəricilərinin mövcud vəziyyəti öyrənilərək əkin həyata keçirilib.

Qeyd edək ki, aparılan təhlillər əsasında pomidor bitkisinin vegetasiya dövrünün sonuna kimi məhsuldarlığa təsiri ilə bağlı müşahidələr aparılacaq. Məhsul yığımından sonra əvvəlcə tədqiq olunan torpaq nümunələri yenidən analiz ediləcək. Nəticədə pomidor bitkisinin vegetasiya dövrünün sonuna kimi torpaqdan qəbul etdiyi qida maddələrinin ehtiyatı müəyyənləşdiriləcək. Bu isə gələcəkdə sahədə torpaq münbitliyinin və pomidor bitkisinin məhsuldarlığının artırılması üçün aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsinə şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: