AMEA-nın Polimer Materialları İnstitutunun Yüksək şaxələnmiş polimerlər laboratoriyasının müdiri, k.ü.f.d., dosent Elnarə Aslanovanın məqaləsi “American Journal of Engineering Research” jurnalında dərc olunub.
“Şaxəli quruluşa malik yeni epoksisulfoimid qatranı əsasında termiki davamlı kompozisiya” (Heat-resistant composition on the basis of new epoxysulphoimide resin of branched structure) adlı məqalə saxarin-6-karbon turşusunun triqliserid triqlisidili və polietilenpoliamin əsasında epoksisulfoimid tərkibli kompozisiyanın alınması, onun termiki davamlılığının və fiziki-mexaniki xassələrinin kompleks tədqiqindən alınan nəticələrin müzakirəsinə həsr olunub. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, sintez edilmiş epoksisulfoimid qatranı bərkiməsi sürətləndirici tələb etmir, hazırlanan kompozisiya materialı ED-20 sənaye qatranı əsasında alınan materialla müqayisədə daha yüksək termiki və fiziki-mexaniki göstəricilərə malik olur.
Qeyd edək ki, “American Journal of Engineering Research” jurnalı dünyanın nüfuzlu jurnallarından sayılır və impakt faktoru 7.2-dir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.