Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Cəlilabad folklor örnəkləri” kitabı çapdan çıxıb
24.05.2021 16:41
  • A-
  • A
  • A+

“Cəlilabad folklor örnəkləri” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutu tərəfindən “Cəlilabad folklor örnəkləri” kitabı çap olunub.

Folklor nümunələrinin toplayıcıları və tərtibçiləri folklorşünaslar Sahibə Paşayeva və İlkin Elsevərdir. Nəşrin redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru İslam Sadıq, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktorları Mətanət Yaqubqızı və Vüsalə Əsədovadır.

Kitabda Cəlilabaddan toplanan inanc, mif, əfsanə, rəvayət, atalar sözü, tapmaca, lətifə, qaravəlli, nağıl, bayatı, layla, düzgü kimi folklor janrlarından örnəklər yer alıb. Həmçinin xalq mahnıları, mərasim folklorundan seçmələr, eləcə də aşıq rəvayətləri, dastanlar, qıfılbənd, vücudnamə, müxtəlif məzmunlu şeirlər də öz əksini tapıb.

Vəsaitin sonunda nağılların süjet göstəriciləri, mətnlərin söyləyiciləri və söyləyicilər haqqında ümumi məlumat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: