AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ildə ilk sayı nəşr olunub.
Yeni sayda akademik İsa Həbibbəylinin “Dəmir yumruq”lu və Zəfər bayraqlı Lider”, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası: muxtariyyətdən respublikaya”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı”, dosent Mübariz Ağalarlının “Rəsulzadənin elmi irsində Azərbaycan tarixi məsələləri, Günel Məmmədovanın “Yaşıl dünya naminə həmrəylik ili”ndən gözləntilər – dayanıqlı, “yaşıl” və “ağıllı” səhiyyənin perspektivləri”, Sədaqət Adıgözəlova və Aygün Babayevanın “İşğaldan azad olunmuş ərazilərdə müasir texnologiyaların tətbiqi”, dosent Rəşid Fətəliyevin “Böyük Qayıdışa dəyərli dəstək: Qarabağın qızıl yataqları”, dosentlər Məmməd Sadıqov və Şahvələd Əliyevin “Ağdamda kəndlərin tipoloji, morfoloji və genetik quruluşunun formalaşması”, dosent Fəridə Mir-Bağırzadənin “İrəvan xanlığının tarixi abidələri” və Faiq İsmayılovun “Qərbi Zəngəzur abidələri: Qarakilsə Məbədi” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, tarix elmləri doktoru Vaqif Abışovun “Tarixin nəzəriyyələri haqqında təhlillər”, Məsud Mahmudovun “Milli dil korpusları”, dosent Səmirə Mir-Bağırzadənin “Sumer/Şumer sivilizasiyası prototürk mədəniyyəti kimi”, Sadıx Nəbiyevin “Azərbaycanın ilk qadın akademikləri”, dosent Tofiq Sadiqov və Xəyalə Əlibəylinin “Ruta graveolens l. növündən alınan efir yağı” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq dünyası” bölməsində yer alan yazılarla tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.