Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

04.07.2025 09:38
  • A-
  • A
  • A+

Сотрудник Института рукописей выступила с докладом на научном симпозиуме

Сотрудник Института рукописей выступила с докладом на научном симпозиуме

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla 19-20 iyun 2025-ci il tarixdə Azərbaycan Milli Konservatoriyasında Muğam aləmi VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Səfiəddin Urməvinin musiqi irsi: keçmişlə müasirliyin qovşağında” mövzusunda keçirilmiş elmi simpoziumda iştirak edib.

Azərbaycan, Böyük Britaniya, Türkiyə, Rusiya, Özbəkistan, ABŞ, Yaponiya, Kanada, Tacikistan və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda Y.Rəhnulla “Səfiəddin Urməvinin “Ədvar” risaləsinin AMEA Əlyazmalar İnstitutundakı nüsxələri əsasında paleoqrafik xüsusiyyətləri” mövzusunda məruzə edib və maraqlı çıxışına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, elmi simpozium Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: