Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Ermənilərin dəyişə bilmədiyi Şuşa
12.11.2020 14:21
  • A-
  • A
  • A+

Ermənilərin dəyişə bilmədiyi Şuşa

Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin həmin əraziyə köçürülməsinin 150 illiyi münasibətilə Ağdərə rayonunun Marağa kəndi ərazisində "Marağa 150" abidəsi ucaltmışdı. Sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşdiyi dövrdə abidə ermənilər tərəfindən dağıdıldı.

Bu fikirləri AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib. Tarixçi-alim vurğulayıb ki, ermənilərin min illər boyu Dağlıq Qarabağda yaşayıb özlərinə məxsusmuş kimi bir mədəniyyət formalaşdırması onların növbəti uydurmasıdır. Q.Hacıyev bildirib ki, ermənilərin Dağlıq Qarabağa, ümumiyyətlə Azərbaycana, Cənubi Qafqaza köçürülməsini təsdiqləyən saysız sənəd və mənbə var.

Daha ətraflı Elm TV-nin reportajından izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: