Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Qarabağın ekoloji terrora məruz qalan su mənbələri
04.12.2020 12:54
  • A-
  • A
  • A+

Qarabağın ekoloji terrora məruz qalan su mənbələri

Bu gün artıq doğma sahiblərinə qovuşan Qarabağın relyefini, geoloji və coğrafi xüsusiyyətlərini bizdən yaxşı axı kim bilir? 30 ilə yaxın o torpaqlardan ayrı düşsək də, bu ərazilər yeni hazırlanan elmi ədəbiyyatda, xəritə və atlaslarda yer alıb.

“Azərbaycanın təbii şəraiti və təbii ehtiyatları” atlasına daxil olmuş göllər haqqında elmi təhlilin müəllifi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədovdur. Alim Elm TV-yə müsahibəsində Qarabağ ərazisində bir çox su mənbələrinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Qarabağda yerləşən göllərin əksəriyyəti dağ gölləridir. Eyni zamanda burada çoxlu müxtəlif tərkibli mineral bulaqlar da mövcuddur.

V.Məmmədov respublikanın ən böyük dağ gölü olan və sahəsi 5.4 km-ə çatan “Böyük alagöl”ün Qarabağ ərazisində yerləşdiyini söyləyib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: