Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Ekoloji çirklənməyə məruz qalan çaylar
04.12.2020 14:52
  • A-
  • A
  • A+

Ekoloji çirklənməyə məruz qalan çaylar

44 gün davam edən döyüşlər nəticəsində Azərbaycanın müzəffər ordusu tərəfindən Qarabağ və ətraf rayonlarımız erməni işğalından azad edilib. Bundan hiddətlənən düşmən ənənəsinə sadiq qalaraq ərazilərimizi tərk edən zaman Qarabağda və ətraf rayonlarımızda, meşələrdə yanğınlar törətməklə yanaşı, çaylarımızı da çirkləndirirlər. Torpağı və bitkiləri zəhərlədiyi üçün belə çaylardan kənd təsərrüfatında suvarma məqsədi ilə istifadə etmək mümkün olmur. Mütəxəssislər bildirirlər ki, çaya atılan tullantılar çox təhlükəlidir.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov çaylardakı zəhərlənmənin qarşısını almağın yollarından danışıb və bildirib ki, bəzi elementlər nəticəsində zəhərli maddələr zərərsizləşdirilir və çaylar əvvəlki kimi yararlı olur.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: