Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

05.01.2021 16:24
  • A-
  • A
  • A+

MBBİ-də magistrantların qış imtahan sessiyasına başlanılıb

MBBİ-də magistrantların qış imtahan sessiyasına başlanılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb.

İnstitutda “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Nanobiotexnologiya” ixtisasları üzrə I və II kurslarda təhsil alan 15 magistrant imtahanlara buraxılıb.

Yanvarın 5-də “Zoom” platforması vasitəsilə “Mühəndislik enzimologiyası”, “Genomiks” və “Stresin biokimyası” ixtisas fənləri üzrə imtahanlar keçirilib.

İmtahanlarda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova iştirak edərək magistrantlara uğurlar arzulayıb. Eyni zamanda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov onlayn imtahanlarda iştirak edərək sessiyanın təşkilindən razı qaldığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: