Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Mikrobioloq alim: "Koronavirusun mutasiyaya uğraması gözlənilən idi"
19.01.2021 11:23
  • A-
  • A
  • A+

Mikrobioloq alim: "Koronavirusun mutasiyaya uğraması gözlənilən idi"

Son 1 ildən artıqdır ki, dünya COVID-19-la mübarizə aparır. Sərt karantin rejimi və peyvəndləmə prosesləri koronavirusu məğlub etməyə yönəlsə də, virus sərhədləri aşmağa, yeni canlar almağa davam edir. Artıq 50-dən çox ölkədə virusun mutasiyaya uğrayan növünə də rast gəlinib. Bütün bu təhlükələrvirus üzərində əlavə tədqiqatlar aparmaq zərurəti yaradır.

Koronavirusun B.1.1.7 adlanan yeni ştammının daha yoluxucu olması haqqında iddialara cavab verən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Aytən Ağayeva deyib ki, koronavirus RNT genomlu viruslara aid olduğundan mutasiyaya uğraması gözlənilən idi.

Azərbaycana gətirilən vaksinlərdən də danışan Aytən Ağayeva bildirib ki, Çin istehsalı olan peyvəndlər inaktiv üsulla hazırlandığından daha təhlükəsiz və virusun qarşısının alınmasında effektiv olacaq.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: