AMEA-nın Fizika İnstitutu ilə “CBM Engineering” MMC arasında elm, texnika və texnologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, tərəflər elm, texnika və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi, fiziki cihazların, energetika sahəsində istismar olunan texniki avadanlıqların və kütləvi tirajla istehsal olunan elektrik məişət cihazlarının, elm və texnologiya sahəsində əldə olunan yeniliklərin müvafiq sənaye sahəsində tətbiq edilməsinə təklif olunan elektrik avadanlıqlarının keyfiyyət göstəricilərinin beynəlxalq ISO\IES\7025 standartına və ISO9001:2015 sertifikatına malik laboratoriyada diaqnostikasının yerinə yetirilməsi haqqında razılığa gəliblər.
Müqavilədə, həmçinin tərəflərin uzunmüddətli əməkdaşlığı nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.