AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz” adlı kitabı nəşr olunub.
Əsərdə orta əsr şəhərlərinin ziyalı mühiti və xilafət ölkələri ilə elmi-mədəni əlaqələr haqqında məlumat verilib. Kitab görkəmli ziyalılar, Azərbaycan və Qafqazın coğrafiyası, iqtisadi-siyasi, elmi-mədəni mühiti barədə dəyərli məlumatları ehtiva edir.
Sözügedən kitab muzeyin Elmi şurasının qərarı ilə dərc olunub. Əsərin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.