Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

Muzeydə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan tədbir keçirilib
09.02.2021 11:56
  • A-
  • A
  • A+

Muzeydə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir" adlı onlayn tədbir keçirilib.

Tədbirdə  muzeyin  əməkdaşları, şəhər və rayon ümumitəhsil məktəbləri və liseylərin müəllim və şagird heyəti iştirak edib.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Bəhman Kərimov "Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir" adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir: "Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Mübariz İbrahimovla Azərbaycanda vətənpərvərliyin yeni dalğası yayıldı. Qəhrəman Azərbaycan övladının nümayiş etdirdiyi rəşadət ölkədə ona bənzəmək istəyənlərinin sayını artırdı. Mübariz İbrahimov vətənpərvərliyin, cəsarətin, mübarizliyin rəmzidir. O, üzərinə düşən vətəni sevmək borcunu canını ortaya qoymaqla verdi. Bu gün Mübarizin vətən yolunda verdiyi mübarizə bir vətəndaşın vətəninə, dövlətinə, xalqına məhəbbətinin aliliyini nümayiş etdirib".

Sonra şəhidlərimizin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” operasının ideya müəllifi əməkdar artist Ramil Qasımovun çıxışı və "Mübariz" operası nümayiş olunub.

Sonda Nəsimi rayonu Texniki-Humanitar liseyin və İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında vətənpərvərliyə həsr olunmuş şeirlər və mahnılar səslənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: