Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Ədəbi proses – 2019” kitabı işıq üzü görüb
10.02.2021 14:23
  • A-
  • A
  • A+

“Ədəbi proses – 2019” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses – 2019” kitabı nəşr edilib. VII cildi işıq üzü görən kitab müəssisənin Elmi şurasının 4 noyabr 2020-ci il tarixli qərarı ilə çap olunub.

Kitabın redaksiya heyətinə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə elmlər doktorları Əlizadə ƏsgərliVaqif Yusifli (məsul redaktor), Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktorları Aygün BağırlıMehman Həsənli, o cümlədən Nərgiz Cabbarlı daxildir. VII cild akademik İsa Həbibbəylinin “Bütövlük və genişlik” adlı yazısı ilə açılır.

Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, ümumilikdə 29 müəllifin müxtəlif mövzularda məqalələri yer alıb. Onlardan Elnarə Akimovanın “2019-cu ilin ədəbi mənzərəsi - “Kitab ili”, Rüstəm Kamalın “Şeir cəbhəsində nisbi sakitlikdir”, Esmira Fuadın “2019-cu ilin epik şeiri: tarixi yaddaşın, gerçəkliklərin və milli ruhun inikası”, Nərgiz Cabbarlının “Roman janrının hüdudsuz eksperiment imkanları”, Vaqif Yusiflinin “Son illərin dramaturgiyası”, Tehran Əlişanoğlunun “Tənqid və ədəbi proses-2019”, Gülnar Səmanın “Bölgələrdə ədəbi həyat - 2019”, Qismət Rüstəmovun “Sosial şəbəkələr dövründə ədəbiyyat”, Mehman Həsənlinin “Ədəbiyyatda esse”, Məti Osmanoğlunun “Bütövlük və genişlik işığında” və s. araşdırmalarını qeyd etmək olar.

Bundan əlavə, kitabda Aynur Xəlilova, Nərmin Cahangirova, Maral Yaqubova, Cavanşir Yusifli, Qürbət Mirzəzadə, Tahirə Məmməd, Elçin Mehrəliyev, Mərcan Sofiyeva, Lalə Həsənova, Gülnar Qənbərova, İlhamə Ağazadə, Salidə Şərifova, Pərvanə Məmmədli, Gülbəniz Babayeva, Zəkulla Bayramlı, Xanım Zairova, Eşqanə Babayeva və Bəsirə Əzizəliyeva kimi tədqiqatçıların 2019-cu ilin ədəbi prosesini müxtəlif rakurslardan araşdıran məqalələri toplanıb. Ümumilikdə, 2019-cu ilin ədəbi prosesi poeziya, bədii nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, publisistika, ədəbi əlaqələr, bədii tərcümə, rusdilli Azərbaycan ədəbiyyatı, Cənub ədəbiyyatı, uşaq ədəbiyyatı, bölgə ədəbiyyatı, ədəbi gənclik istiqamətləri üzrə təhlil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: