Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub
10.02.2021 15:45
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri, r.ü.f.d., dosent Gülçin Abdulayeva və müəssisənin doktorantı Ülkər Əlizadənin həmmüəllifi olduqları “Mürəkkəb təsvirlərin intellektual-tanıma sistemi” (“An Information Recognition System for Complex Images”) adlı məqaləsi İspaniyanın “Paylanmış hesablama və süni intellekt sahəsində nailiyyətlər” (“Advances in Distributed Computing and Artificial Intelligence Journal”, impakt faktor 1,44) jurnalında dərc olunub. 

Məqalədə ultrasəs müayinəsinin obyektiv qiymətləndirilməsinə istiqamətlənən bir yanaşma təqdim olunur. Məlum olduğu kimi, informasiya texnologiyaları əksər fəaliyyət sahələrində tətbiq olunur. Xüsusən də tibb sahəsində müasir informasiya texnologiyalarından istifadə elmi nailiyyətlərin əldə olunmasına və məlumatların optimallaşdırılmasına imkan verir.

Bu fikirlərin əks olunduğu məqalədə diqqət insan orqanizminin daxili orqanlarında yaranan törəmələrin ən erkən aşkarlanmasına yönəldilib. Ultrasəs və kompüter tomoqrafiya təsvirlərində simptomsuz kiçik ölçülü qapalı konturların aşkarlanması müəlliflər tərəfindən yaradılmış proqram paketi vasitəsilə  həyata keçirilir. Bu istiqamətdə predindikator anlayışı verilir, riyazi morfologiya alqoritmlərindən istifadə və metodlar, diaqnostikanın üçpilləli tanıma modeli və s. təklif edilir.

Əsas məqsəd həkimlərin diqqətini simptomsuz keçən periodlarda yarana biləcək törəmələrin inkişaf prosesinə yönəltməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: