Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Azərbaycan dilində durğu işarələri sistemi” kitabı işıq üzü görüb
11.02.2021 10:20
  • A-
  • A
  • A+

“Azərbaycan dilində durğu işarələri sistemi” kitabı işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilində durğu işarələri sistemi” kitabı nəşr olunub.

Kitabın elmi redaktorları akademik Möhsün Nağısoylu, dosent Təhminə İsmayılova, rəyçiləri professorlar Zemfira Şahbazova və Mahirə Hüseynovadır. Buraxılışa məsul şəxs isə professor İsmayıl Kazımovdur.

Kollektiv müəlliflər tərəfindən nəşrə hazırlanan kitabda “Azərbaycan dilində durğu işarələri: qayda və prinsipləri”, “Durğu işarələrinin estetikası”, “Durğu işarələrinin tədrisi məsələləri”, “Mətbuatda durğu işarələrinin işlənmə məqamları”, “Elmi mətnlərdə durğu işarələri”, ”Durğu işarələrinin yazıda işlənməsi məqamları” adlı məsələlər nəzərdən keçirilib.

Vəsaitdən ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, universitet tələbələri, professor-müəllim heyəti və KİV nümayəndələri istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: