Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

MEK tərəfindən Müdafiə Nazirliyinə kitablar hədiyyə edilib
11.02.2021 15:58
  • A-
  • A
  • A+

MEK tərəfindən Müdafiə Nazirliyinə kitablar hədiyyə edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əməkdaşı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Görüş zamanı qonaqlara MEK-də yaradılan “Qarabağ Qəhrəmanları” Fondu haqqında məlumat verən müəssisənin direktoru, professor Məmməd Əliyev qeyd edib ki, yaradılan fondda Qarabağ müharibəsi haqqında məlumatlar, ədəbiyyatlar, qəzet və jurnallar, fotolar, şəhidlərin və qazilərin yazdığı məktublar, onlar haqqında çəkilmiş sənədli filmlər, verilişlər və digər vəsaitlər toplanacaq. Bu günə kimi müəyyən vəsaitlərin toplandığını deyən direktor bildirib ki, fondun rəhbəri Vətən Müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadədir.

“Qarabağ Qəhrəmanları” Fondunun yaradılmasına münasibət bildirən qonaqlar vurğulayıblar ki, burada toplanan materiallar döyüşçülərimizin xalqımıza daha yaxından tanıdılmasına xidmət edəcək.

Sonda əsgər və zabitlərimizin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək məqsədilə, hərbi hissələrə göndərilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə MEK-in mübadilə fondu tərəfindən müxtəlif mövzularda 200-ə yaxın Azərbaycan, ingilis və rus dillərini əhatə edən ədəbiyyatlar hədiyyə edilib.

Hədiyyə üçün minnətdarlıqlarını bildirən qonaqlar, bu kitabların hərbi hissələrə göndərilərək əsgər, zabit heyətinin istifadəsinə veriləcəyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: