Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Professor Nailə Musayevanın ingilis dilində metodiki göstərişlər toplusu nəşr olunub
12.02.2021 11:26
  • A-
  • A
  • A+

Professor Nailə Musayevanın ingilis dilində metodiki göstərişlər toplusu nəşr olunub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, t.e.d., professor Nailə Musayevanın və Reyhan Həsənəlizadənin həmmüəllifi olduqları “Hesablama təcrübələri” (Computational experiments)  adlı metodiki göstərişlər toplusu ingilis dilində çapdan çıxıb.

Kitab 050655 – “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin laboratoriya işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.

Metodiki göstərişdə elmi-tədqiqat işlərinin avtomatlaşdırma vasitələri olan MATCAD, MATLAB sistemləri haqqında ətraflı məlumat verilib. Burada MATHCAD ilə işləmək üçün vacib olan mövzular öz əksini tapıb: sistemin giriş dili ilə işləmə, funksiyaların qurulması, ranqlanmış dəyişənlərin, fayl verilənlərinin, matrislərin və vektorların, istifadəçinin funksiyalarının yaradılması. MATLAB-ın əsas mövzuları olan: riyazi ifadələrin tərtibi, operatorlar və funksiyalar ilə işləmə,  vektorların və matrislərin yaradılması, funksiyaların qrafiklərının qurulması, xətti tənliklər sisteminin həlli, inteqralın hesablanması, proqramların yazılması metodiki göstərişdə ifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: