Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Coğrafiya İnstitutunun doktorantının məqaləsi nüfuzlu jurnalda çap olunub
16.02.2021 11:27
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun doktorantının məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin doktorantı Camal Hüseynovun “Azərbaycan ərazisində çoxillik temperatur rejiminin müasir paylanma xüsusiyyətləri” adlı məqaləsi Rusiyanın "Hidrometeoroloji tədqiqat və proqnozlar" jurnalında dərc edilib.

Azərbaycan ərazisində aparılan riyazi, statistik, kartoqrafik təhlillər nəticəsində dəqiqləşdirilib ki, respublikanın temperatur rejimi şimaldan cənuba və düzənlikdən yüksək dağlığa doğru dəyişmə xüsusiyyətlərinə malikdir. Həmçinin respublikanın ərazisinə ayrı-ayrı regionlar üzrə temperatur kəmiyyətinin çoxillik orta, fəsillik göstəriciləri müəyyən edilib. Çoxillik orta temperatur kəmiyyətinin maksimum göstəriciləri Kür-Araz ovalığında olmaqla 14.6-15.4 dərəcə intervalında müşahidə edilib. Yüksək dağlığa qalxdıqca temperaturun orta çoxillik kəmiyyəti azalır.

Nəticələrdən gələcəkdə iqlim rejimi, onun dəyişkənlikləri üçün aparılan tədqiqatlarda, ərazidə kənd təsərrüfatı, turizm sənayesi və digər irimiqyaslı sənaye sahələrinin yaradılması zamanı istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: