Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Şərq xalqlarının I qurultayına həsr olunan konfransın toplusu işıq üzü görüb
19.02.2021 14:45
  • A-
  • A
  • A+

Şərq xalqlarının I qurultayına həsr olunan konfransın toplusu işıq üzü görüb

“Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı beynəlxalq elmi konfransın tezisləri toplusu nəşr olunub.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadovun "I Dünya müharibəsi dövründə və sonrasında İranda müstəmləkəçiliklə mübarizəyə baxış" adlı tezisi də topluda yer alıb. Tezisdə qeyd olunan dövrdə İran və Cənubi Azərbaycan xalqlarının, azərbaycanlı ziyalıların, ruhanilərin Rusiya və Qərb imperializminə, xristian missionerliyinə, erməni-aysor terrorizminə qarşı mübarizəsi təqdim olunub.

Qeyd edək ki, konfrans materialları AMEA-nın İctimai Elmlər Bölməsi və akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: