Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КУЛЬТУРА

“Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir”
03.03.2021 10:50
  • A-
  • A
  • A+

“Qərbi Azərbaycanda dağıdılan tarixi və dini abidələrimizin sayı yüzlərlədir”

“Ermənilərin Qərbi Azərbaycanda tarixi izlərimizi silmək məqsədilə dağıtdıqları dini abidələrin sayı yüzlərlədir”.

Bunu AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev Elm TV-yə müsahibəsində deyib. Alim mənfur qonşularımızın Azərbaycana köçürülməsinin tarixinə diqqət yetirərək bu məsələdə o dövrdəki şahların rolunun az olmadığını vurğulayıb: “1441-ci ildən etibarən Qaraqoyunlu hökmdarı Cahanşahın verdiyi fərmana əsasən, ilk dəfə olaraq Eçmiədzində ermənilər yerləşdirildi. Amma ermənilərin kütləvi surətdə yerləşdirilməsinin əsas təməli, birinci mərhələsi İrəvan xanlığının dövründə baş verib. 1760-cı ildə Eçmiədzində torpaq qaydası haqqında qaimələrin verilməsi kütləviləşdirilir. Hətta “Cambrda” əsərində belə göstərilir ki, Azərbaycana məxsus olan kəndlərin adları bir neçə ildən sonra erməni adları olaraq dəyişdirilir və həmin kəndlər ermənilərə verilir. Və bununla da ermənilər Qərbi Azərbaycanda yerləşdirilirlər. 1828-ci ildən sonra isə bu hal kütləviləşir”.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: