Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КУЛЬТУРА

Состоялась трансляция второго выпуска передачи “Vətənim” ("Моя Родина"), посвященного действительному члену НАНА Узеиру Гаджибейли
23.09.2025 16:49
  • A-
  • A
  • A+

Состоялась трансляция второго выпуска передачи “Vətənim” ("Моя Родина"), посвященного действительному члену НАНА Узеиру Гаджибейли

Mədəniyyət kanalında “Vətənim” verilişinin dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəyliyə həsr olunan ikinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə bildirilib ki, Üzeyir bəy yaratdıqları ilə öz portretini çəkmiş rəssam, əsərləri ilə sağlığında özünə abidə ucaltmış heykəltaraş idi. O, varlığıyla, yaratdıqları ilə Azərbaycanın rəmzi olan bir insan idi.

Diqqətə çatdırılıb ki, Üzeyir bəy fitrətdən millətpərvər, vətənsevər insan idi. Dünyanın istisini-soyuğunu görəndən sonra deyil, elə gəncliyindən ağırbatman ağsaqqal kimi düşünürdü. Sübutu Üzeyir bəyin XX yüzilliyin başlanğıcında qəzetlərdə qalan məqalələri, o yazılardan saçan müdriklik, düşüncənin heyrətamiz miqyaslarıdır. 1906-1907-1908-1909-cu illərdə Üzeyir bəy yaşı 20-ni yenicə ötmüş gənc idi. Ancaq həmin dövrdə qələmə aldığı yazıları oxuyan onu 50-60 yaşından cavan saymaz, ağsaqqal da olmasa, azı püxtələşmiş ahıl bir insan hesab edər. Fikir dolu hər cümləsində, yükü ağır qənaətlərinin hər birində millət ağrısı, yurdunu daha çiçəklənən, daha mütərəqqi, daha məsud görmək canatması var. İstəyir ki, xalqı, yaşadığı məmləkət qüsurlardan arıtlansın, dünyanın irəli getmiş xalqlarıyla ayaqlaşa bilsin.

Akademik Rafael Hüseynov qeyd edib ki, Üzeyir bəyin sağlığında da, həyatdan gedəndən sonra da Azərbaycanın müxtəlif nəsil rəssam və heykəltaraşları Üzeyir bəyin surətini fırçaya almağa, heykəlini düzəltməyə çalışıblar. Dahi bəstəkarın ilk portreti 1943-cü ildə Mikayıl Abdullayev tərəfindən yaradılıb.

Verilişdə Mikayıl Abdullayevin əsərin yaranma tarixçəsi və Üzeyir Hacıbəyliylə bağlı xatirələri diqqətə çatdırılıb.

"Üzeyir bəy millətini hərarətli məhəbbətlə sevirdi və ürəkdəki od olmasaydı, belə əsərləri də yarada bilməzdi. Yəqin, elə həmin səbəbdəndir ki, o, xalqın hər balasına öz övladı kimi baxırdı. O Azərbaycan və azərbaycanlılar eşqi ki qan olub Üzeyir bəyin damarlarından axırdı, əsərlərinə də çöküb. Millətin hər nəfərini sevirdisə, təbii ki, daha yaxında olanlar, öz tələbələri onun üçün daha da əzizdi. Ayrı-ayrı illərdə Üzeyir bəyin tələbəsi olmuş insanlar mənə çox xatirələrini söyləyiblər. Azərbaycanın sonraların şöhrətli ilk qadın bəstəkarlarının hamısı onun yetirməsidir: Şəfiqə Axundova da, Ağabacı Rzayeva da, Hökumə Nəcəfova da, Ədilə Hüseynzadə də", - deyə akademik Rafael Hüseynov əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: