Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Ətraf mühitin problemlərinə həsr edilmiş elmi konfransın materialları çap olunub
10.03.2021 10:02
  • A-
  • A
  • A+

Ətraf mühitin problemlərinə həsr edilmiş elmi konfransın materialları çap olunub

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda elmi-praktik konfransın materialları çap olunub.

Konfransın materialları çap olunduqdan sonra iştirakçılara təqdim edilib. Elm Gününə həsr olunan belə elmi-praktik konfransların təşkili ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2020 ci ilin iyunun 17-də onlayn formatda keçirilmiş konfransa 53 tezis qəbul olunub və bu mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Поделиться: