Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının yeni nömrəsi işıq üzü görüb
11.03.2021 15:26
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının yeni nömrəsi işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci il üzrə ikinci nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”da Qazan xan və Uruz silsiləsi” məqaləsi ilə açılır. Nəşr “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Ədəbi tənqid”, “Folklorşünaslıq”, “Yubileylər” və “Xronika-2020” rubrikalarından ibarətdir.

Jurnalın beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan (Rusiya Federasiyası), Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

Qeyd edək ki, 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 2019-cu il mayın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. Elmi jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, məsul katibi dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: