Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Xəvərnəq qəsri: tarix və bədii həqiqət” adlı kitab çap olunub
12.03.2021 14:18
  • A-
  • A
  • A+

“Xəvərnəq qəsri: tarix və bədii həqiqət” adlı kitab çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Xəvərnəq qəsri: tarix və bədii həqiqət” adlı yeni kitabı işıq üzü görüb.

Kitabın baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoydur.

Sözügedən yeni nəşrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında yer alan “Simnar və Neman” əhvalatı tarixi mənbələrin fonunda təhlilə cəlb olunub. Xəvərnəq qəsri, Simnar və Neman obrazlarının prototipləri, şairin bu əsəri qələmə alarkən bəhrələndiyi ilkin mənbələr və s. haqqında ətraflı məlumat verilib. Kitabda araşdırmanın əsas tədqiqat hədəfi olan hər iki şəxsi – Sinninmar (poemada Simnar) və Nümanı birləşdirən, onların adının tarixdə əbədiləşməsinə səbəb olan tikili Xəvərnəq qəsri ilə də bağlı maraqlı faktlar əks olunub.

Aparılan araşdırmalara əsasən Nizaminin “Yeddi gözəl” poemasının süjetinə daxil etdiyi Simnar və Neman haqqında rəvayət hadisələrin xronoloji ardıcıllıqla tarixi təsvirində təsdiqini tapan həyat hadisəsidir. Əsərdə Yəmən hakimi Nemanın əmri ilə Sasani şahzadəsi Bəhram Gur üçün Simnarın inşa etdiyi Xəvərnəq qəsri isə o dövrün əzəmətli abidələrindəndir.  

Kitabda, həmçinin Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından parçalar, farsca orijinal mətn, Azərbaycan dilinə filoloji, poetik tərcümələr, eyni zamanda farscadan ingilis dilinə tərcümələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: