Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ЗАЯВЛЕНИЯ

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
12.03.2021 17:46
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın bağlanmasının zəruriliyinə, onun ölkəmizə hər hansı faydasının olmadığına, həmçinin qurumun guya kənardan idarə edildiyinə dair əsassız və qərəzli yazılar dərc edilməkdədir. Paradoksal və təəssüf doğuran məqam belə fikirləri səsləndirən şəxslərin əsas etibarilə elmə və elmi fəaliyyətə hər hansı şəkildə aidiyyatının olmamasından ibarətdir. Əfsus ki, Azərbaycan mətbuatının bir çox təmsilçiləri AMEA və onun fəaliyyətinin səmərəliyi mövzusunu gündəmə gətirdiyi zaman mütəxəssis rəyinə, obyektiv təhlilə yox, daha çox ümumi şəkildə ifadə olunan populizmə, qərəzə və sifarişli hücumlara meydan verməyi üstün tutur. Belə bir vəziyyət AMEA-nın deyil, bir sıra ölkə KİV-lərinin ciddi şəkildə deqradasiyaya uğradığını, öz həqiqi missiyasını unudaraq ayrı-ayrı şəxslərin əlində alətə çevrildiyindən xəbər verir.

Ümummilli lider Heydər Əliyevin təbirincə desək, AMEA xalqımızın milli sərvətidir və biz onu qorumağa borcluyuq. Elm məbədinə hücum edənlər unudurlar ki, 1992-1993-cü illərdə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ölkə başçısı kimi yenidən hakimiyyətə qayıtması uğrunda aparılan haqlı mübarizənin öncülləri məhz Akademiya, alimlərimiz və ziyalılarımız olmuşlar. Taleyin qəribəliklərindən biri də odur ki, həmin dövrdə olduğu kimi, indi də AMEA-nı hədəf seçənlər əsasən elmdə ciddi bir nəticə göstərməyən, akademiya sistemindən uzaqlaşdırılmış və ya populizmdən istifadə edərək gündəmə gəlmək niyyətində olan şəxslərdir. Bu mənada elmi tədqiqat və ictimai fəaliyyət sahəsində ciddi uğurlar qazana bilməyən şəxslərin bu hücumlar dalğasında özlərinə xal qazanmaq istəkləri isə ümumiyyətlə xoşagələn hal deyildir.  

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, AMEA-da dövlət başçısı, cənab İlham Əliyevin  ölkə miqyasında apardığı islahatlara müvafiq olaraq yeniləşmə və müasirləşmə xətti həyata keçirilir, həmin proses qətiyyətlə davam etdiriləcəkdir. AMEA rəhbərliyi qurumdakı daxili problemləri görür, onların həlli istiqamətində lazımi qərarları qəbul edir və bundan sonra da zəruri islahatları həyata keçirməkdə davam edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Поделиться: