AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olub.
Avtonom qeyri-kommersiya təşkilatı olan “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzinə səfər zamanı Fiziologiya İnstitutu ilə bu müəssisə arasında elmi-praktiki əlaqələrin daha da genişləndirilməsi, herontologiya və immunofiziologiya sahələrində birgə tədqiqat planlarının hazırlanması məsələləri müzakirə olunub. Qeyd edək ki, “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzi ilə Fiziologiya İnstitutu arasında hələ 2017-ci ildən qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Səfərin sonunda Mərkəzin rəhbərliyi tərəfindən Fiziologiya İnstitutuna professorlar Andrey İlnitskiy və Kirill Proşayevin müəllifi olduğu “Продолжение будет: книга о возрасте” (“Davamı olacaq: yaş haqqında kitab”) kitabı hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.