Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

MEK-ə "Yeddi gözəl" poemasının miniatür kitabı daxil olub
27.04.2021 15:45
  • A-
  • A
  • A+

MEK-ə "Yeddi gözəl" poemasının miniatür kitabı daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının miniatür kitabı daxil olub.

AMEA-nın Gəncə Bölməsində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzi tərəfindən MEK-ə təqdim edilən sözügedən miniatür kitab 2015-ci ildə nəşr olunub.

Azərbaycan dilində çap olunan kitabın ölçüsü 60x80 mm olmaqla  443 səhifədən ibarətdir. Əsər Xəlil Yusiflinin farscadan çevirməsidir və Nizaminin "Həft peykər" (Yeddi gözəl) əsərinin ən mükəmməl elmi nəşri olan Tahir Məhərrəmovun hazırladığı mətn əsasında yerinə yetirilib. Kitabçanın sonunda beytlərin sıra nömrələri ilə izahları da verilib.

Kitab MEK-in Nadir kitablar və qiymətli nəşrlər şöbəsinin Miniatür nəşrlər kolleksiyasında saxlanılır.

Qeyd edək ki, sözügedən şöbədə Miniatür nəşrlər kolleksiyasındakı kitablar uzun illər həm kitabxananın fondlarından, həm də kitabxanaya daxil olan yeni sənədlər içərisindən formatına uyğun seçilərək toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: