Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Elm və həyat” elmi-populyar jurnalının yeni sayı işıq üzü görüb
29.04.2021 11:17
  • A-
  • A
  • A+

“Elm və həyat” elmi-populyar jurnalının yeni sayı işıq üzü görüb

AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının cari ildə birinci sayı nəşr olunub.

Yeni sayda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Наследие Низами в признаниях и оценках современников и последующих поколений”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatının dünya gözəli: Nizami Gəncəvi. “Yeddi gözəl”, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Изменение морально-этических основ экономической и хозяйственной жизни Аравии после победы Пророка Мухаммеда (с.а.с.) над язычеством”, AMEA prezidentinin köməkçisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikovun “Elm tarixini akademik müstəviyə gətirən görkəmli tədqiqatçı Corc Sarton” sərlövhəli məqalələri, eləcə də Qaliya Əliyevanın akademik İbrahim Quliyevlə müsahibəsi yer alıb.

Bundan əlavə, “60 yaşın mübarək, “Elm və həyat”!”, akademik Muxtar İmanovun “Aşıq sənətinin zirvəsi”, Akif Musayev, Allahyar Muradov, Leyli Allahverdiyeva və Rəsmiyyə Abdullayevanın “İşğaldan azad olunmuş ərazilərin bərpası”, Ülkər Hüseynova və Mehparə Axundovanın “Lütfi Zadəni necə tanıdıq?”, Nəzakət Məmmədovanın “Qeyri-səlis məntiq və onun yaradıcısı haqqında səlis söhbət” və digər məqalələr də oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: