Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Elm tarixi və elmşünaslıq” jurnalının ilk nömrəsi çap olunub
29.04.2021 16:05
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq” jurnalının ilk nömrəsi çap olunub

AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb.

Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan ilk sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunan yeni araşdırmalar yer alıb.

Jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı (AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının təsviri, onların elmi nailiyyətləri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin dərc edilməsidir.

Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: