Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub
06.05.2021 14:22
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub

AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və “SCOPUS”  siyahısına daxil olan "Vostok-Oriens" jurnalında elmi məqaləsi çapdan çıxıb.

“Taqı əd-Din əl-Məqrizinin "Kitab İğasat al-umma bi-kəşf əl-ğummə (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsi ilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri" adlı məqalədə Təqi əd-Din əl-Məqrizinin (1364-1442) orta əsrlərdə Misirdə  hökümətin bazar münasibətlərinə dair siyasəti barədə nadir məlumatları araşdırılır. Burada Misirdə hökümətin əsas qida məhsullarının bazar qiymətlərinə təsir mexanizmləri açıqlanır.

Məqalədə Taqi əd-Din əl-Məqrizinin həyat yolunun və bürokratik karyerasının əsas mərhələləri təsvir edilib, onun geniş nəzəri biliklərinin Qahirədəki bazar işinin təşkili üçün məsul olan bir məmurun təcrübəsinə söykənməsi isbat edilib. Təbii amilin Nil çayının illik daşqınlarının kənd təsərrüfatı istehsalına təsiri qiymətləndirilib. Müsəlman dövlətinin erkən tarixindən bəri hökumətin pul siyasəti ayrıca xarakterizə olunub. İqtisadi böhranların və sosial gərginliyin səbəblərini araşdırarkən müəllif hökmdarın və məmurların şəxsi keyfiyyətlərinin xüsusiyyətlərinə də diqqət yetirib, əhalinin müxtəlif kateqoriyaları arasındakı münasibətlərin psixologiyasını təhlil edib.

Əl-Məqrizinin dövlət aparatındakı korrupsiyanın mahiyyəti, meydana gəlməsinin psixoloji tərəfləri, əsas qida məhsulları bazarında böhran vəziyyətinin yaranmasında rolu və ölkədəki siyasi vəziyyətin sabitləşməsi barədə fikirləri indiki ictimai araşdırmalar üçün xüsusi maraq kəsb edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: