Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КУЛЬТУРА

Milli Azərbaycan Tarixi Muzeyində ustad dərslərinə start verilib
21.05.2021 17:09
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində ustad dərslərinə start verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ilk dəfə “Ustad dərsləri” layihəsi çərçivəsində uşaqlar üçün intellektual tədbir keçirilib.

Beynəlxalq Muzeylər Günü həftəsi və “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılan “Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı proqram muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunub.

Tədbirdə muzeyin əməkdaşları Aynur Babayeva, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə uşaqlara Nizami Gəncəvinin həyatı, yaradıcılığı və yaşadığı dövr ilə bağlı muzey eksponatları haqqında ətraflı məlumat veriblər. Bu məlumatlar onlar üçün Azərbaycan tarixinə, Nizami Gəncəvi dövrü və yaradıcılığına əyani baxış olub. Uşaqlar tarixi hadisələr, o dövrün əşyaları arasında əlaqə qurmağa çalışıb və bu, onların tarixi məlumatları daha yaxşı mənimsəməsinə kömək edib. Tədbirdə məktəblilər kitablarda oxuduqları tarixi dövrlərdə istifadə olunan əşyaları real görmək imkanına sahib olublar. Uşaqlarla, həmçinin viktorina keçirilib və qaliblərə muzeyin kataloqu hədiyyə edilib. Ustad dərsində onlar XII əsrə aid muzey eksponatları əsasında rəssamın iştirakı ilə rəsm əsəri çəkməyi öyrənib və bacarıqlarını nümayiş etdiriblər. Bu, onların istedad və bacarıqlarını daha da təkmilləşdirməkdə əhəmiyyətli rol oynayıb.

Sonra uşaqlar Hacı Zeynalabdin Tağıyevin memorial muzeyinə ekskursiyaya aparılıb.

Sonda iştirakçılar muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı tərəfindən sertifikatlarla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: