Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Füzulinin “Ənisul-qəlb” qəsidəsinin şərhi kitab halında nəşr olunub
26.05.2021 10:50
  • A-
  • A
  • A+

Füzulinin “Ənisul-qəlb” qəsidəsinin şərhi kitab halında nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Ürək dostu, könül həmdəmi” adlı kitab işıq üzü görüb.

Kitabda Füzuli dühasının ən parlaq örnəklərindən biri olan “Ənisül-qəlb” qəsidəsinə filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Arif Sərraf tərəfindən verilən şərhlər yer alıb. Təqdim olunan nəşrdə orta əsrlərin ensiklopediyası da adlandırılan bu məşhur qəsidə beyt-beyt, misra-misra təhlilə cəlb olunub, şairin köklü biçimdə bədii-estetik həllini verdiyi mətləblər çağdaş tədqiqat üsulları ilə geniş şəkildə açıqlanıb. 

Kitabın elmi redaktoru və nəşrə hazırlayanı institutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, rəyçiləri isə füzulişünas alimlər sözügedən müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə  doktoru, dosent Əzizağa Nəcəfzadə, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoydur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: