Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

10.02.2025 15:49
  • A-
  • A
  • A+

Tarix Muzeyində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş seminar keçirilib

Tarix Muzeyində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş seminar keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində qələbənin 80 illiyinə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış azərbaycanlı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş seminar keçirilib.

Seminarda Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək, Azərbaycan xalqının qəhrəman oğlu, II Dünya müharibəsində (1939-1945) göstərdiyi igidlik və şücaətə görə iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adını almış, tank qoşunları general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrində keçdiyi şanlı döyüş və həyat yolu barədə geniş danışıb. Q.Qafarlı çıxışında qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyində Həzi Aslanovun 33 adda kolleksiyası mühafizə olunur və bu materiallar Həzi Aslanovun həyat və fəaliyyəti, döyüş yolunun öyrənilməsi ilə bağlı dəyərli töhfədir.

Sonda həmin şöbənin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən muzeydə ekskursiya aparılıb və Həzi Aslanovun muzeyin ekspozisiyasında nümayiş olunan materialları haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: