Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

“EaPEC 2020” konfransına hazırlıq məsələləri müzakirə edilib
06.11.2019 16:00
  • A-
  • A
  • A+

“EaPEC 2020” konfransına hazırlıq məsələləri müzakirə edilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer, GEANT-ın Marketinq və Kommunikasiya üzrə Xüsusi Maraq Qrupunun koordinatoru Laura Durnford və “EaPEC 2020” konfransının təşkilat komitəsinin üzvləri, LİTNET-in Marketinq və Kommunikasiya üzrə Koordinatoru Nerinqa Cakvayz və konfransın təşkilatçısı Steffie Bosman ilə görüşüb.

Görüşdə akademik Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılmasını və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

R.Əliquliyev 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”ndan da bəhs edərək, tədbirdə Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə  e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağını bildirib. 

Konfransın ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açacağını söyləyənalim rəhbərlik etdiyi elmi müəssisənin bu tədbirin təşkilində yaxından iştirak edəcəyini deyib.

Görüşdə, həmçinin GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair müzakirələr aparılıb. Bundan başqa, GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə məlumat verilib. Yeni xidmətlərin layihələndirilməsi, əməliyyat xidmətlərinin təmin olunması və beynəlxalq əməkdaşlığın təşkili istiqamətlərinin GN4-3 layihəsinin əsas fəaliyyət istiqamətləri olduğu bildirilib.

Sonda geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

  • Поделиться: