Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

03.12.2020 17:26
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər il ərzində görülən işlərin hesabatını verirlər

Coğrafiyaçı alimlər il ərzində görülən işlərin hesabatını verirlər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda şöbələrin 2020-ci il üçün elmi-tədqiqat işlərinin hesabatı davam edir.

Noyabrın 24-dən etibarən müəssisənin direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə Elmi şuranın distant keçirilən iclaslarında şöbələrin illik hesabatları dinlənilərək müzakirə olunur.

Ötən müddət ərzində Landşaftşünaslıq və landşaft planlaşdırılmasıGeomorfologiya və təbii risklərPaleocoğrafiyaQurunun hidrologiyası və su ehtiyatlarıİqlim və aqroiqlimşünaslıq, Pirqulu coğrafi tədqiqatlar stasionarı, Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası və Ekocoğrafiya şöbələrinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinin yekunları haqqında hesabatları dinlənilib. 

Hesabatlarda Azərbaycan Respublikası Prezidentinin, eləcə də Nazirlər Kabinetinin fərman, qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar şöbələrə tapşırılmış işlərin yerinə yetirilməsi, ezamiyyətlər, çöl tədqiqat işlərinin həyata keçirilməsi, elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr, yerli, o cümlədən xaricdə və impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, keçirilmiş elmi tədbirlər, kütləvi informasiya vasitələri ilə əlaqələr və s. haqqında məlumatlar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Поделиться: