Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Elm” qəzetinin cari ildə 26-cı nömrəsi işıq üzü görüb
18.12.2020 14:44
  • A-
  • A
  • A+

“Elm” qəzetinin cari ildə 26-cı nömrəsi işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 26-cı nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımızın rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubları yer alıb.

Nəşrin növbəti səhifələrində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilməsi haqqında Sərəncam, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ümummilli lider Heydər Əliyevə həsr olunmuş müsahibəsi, AMEA Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin görkəmli qazax şairi Abay Kunanbayevə həsr edilən tədbirdə çıxışı, Biofizika İnstitutu tərəfindən “YAŞAT” fonduna köçürülən ianə, eləcə də Naxçıvan Bölməsində gənclərlə görüş haqqında məlumatlar oxuculara təqdim olunur.

Bundan əlavə, “Haqq işi qalib gəldi”, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tarixi ədalətin bərpası deməkdir” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər və digər xəbərlərlə də tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: