Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb
05.01.2021 13:41
  • A-
  • A
  • A+

“Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb.

Nəşrin elmi redaktoru institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova, rəyçiləri müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Gənc alim tərəfindən Rəşid bəy Əfən­di­ye­v, Süleyman Sani Axun­do­v, Cəfər Cab­bar­lı­, Qulam Məm­mədli­, Salman Müm­ta­z və di­gər­ görkəmli şəxsiyyətlərin şəxsi arxivlərindəki mək­tub­la­r ilk dəfə olaraq tədqiqata cəlb olunur. Azər­bay­can ədiblərinin ədə­bi epis­tol­yar ir­si Əl­yaz­ma­lar İns­ti­tu­tun­da mü­ha­fi­zə olu­nan konk­ret nü­mu­nə­lə­rə is­ti­nad edil­mək­lə araş­dı­rılır. Sözügedən monoqrafiyada ədə­bi epis­tol­yar ir­sin ədə­biy­yat və ic­ti­mai fi­kir ta­ri­xi­miz­də ye­ri və ro­lun­dan bəhs edil­ir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: