Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

18.01.2021 10:48
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının cari ildə ilk iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının cari ildə ilk iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2021-ci ildə ilk onlayn iclası keçirilib.

İclasda şura üzvləri, İnstitutun Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin nümayəndələri və I kurs magistrantları iştirak ediblər. Şuranın sədri, r.ü.f.d, dosent Rəşad Məstəliyev iclası açaraq iştirakçıları yeni təqvim ilinin başlaması münasibətilə təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Sədr ötən il gənc alim və mütəxəssislərin pandemiya rejiminə baxmayaraq fəal olduqlarını və elmi-tədqiqat işlərini uğurla davam etdirdiklərini qeyd edib. O qeyd edib ki, gənclərin elmi konfranslarda mütəşəkkil iştirakının təmin edilməsi, silsilə seminarların təşkili, gənc alimlərin elmi nailiyyətlərinin ictimailəşdirilməsi və s. kimi tədbirlər Şuranın fəaliyyət planının aparıcı istiqamətini təşkil edir.

R.Məstəliyev şuranın gündəliyində “İdarəetmə Sistemləri İnstitutunun elmi, elmi-təşkilati və ictimai fəaliyyətində gənc alimlərin rolu” mövzusunda seminara hazırlıq, İnstitutun I kurs magistrantlarının GAMŞ-nın tərkibinə daxil edilməsi, Şuranın Facebook səhifəsinin təqdimatı və bir sıra cari məsələlərin olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva adı çəkilən seminarın və gənc alimlərin elmi seminarlarının təşkil edilməsinin vacibliyini vurğulayaraq, gənc alimlərin apardıqları elmi tədqiqat işlərinin nəticələrin və təcrübələrin birgə müzakirəsinin gənclərdə elmə olan marağın artmasına səbəb olacağını qeyd edib. O gənclərə www.elmikadr.science.az və www.scholar.google.com profillərinin yaradılmasını və öz məqalələrini müntəzəm olaraq orada yerləşdirmələrini tövsiyə edib. Sonra şuranın sədr müavini Lamiyə Nəcəfova İnstitutun yeni yaradılan Facebook səhifəsi ilə iştirakçıları tanış edib və gəncləri elmin populyarlaşdırılması və təbliği, elmi biliklərin yayılması istiqamətində sosial şəbəkələrdə fəal olmağa səsləyib. Müzakirə olunan məsələlərlə bağlı iclas iştirakçıları da öz fikir və mülahizələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: