Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

09.02.2021 14:38
  • A-
  • A
  • A+

MBBİ-nin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

MBBİ-nin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Fevralın 9-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.

Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. O, Karbonun fotosintetik assimilyasiyanın enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Həsən Babayevi 60 illik yubileyi və Bioadaptasiya laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanı isə Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibəti ilə institutun kollektivi adından təbrik edib.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib. Müzakirələrdə AMEA-nın müxbir üzvləri Novruz Quliyevİbrahim Əzizov, biologiya elmləri doktorları Səftər Süleymanov, Səyyarə İbadullayeva, Yaşar Feyziyev, Şahniyar Bayramov və b. çıxış edərək öz təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: