Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

15.03.2021 16:25
  • A-
  • A
  • A+

MEK-ə Türkiyə, Almaniya və İsveçrədən kitablar daxil olub

MEK-ə Türkiyə, Almaniya və İsveçrədən kitablar daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Türkiyə, Almaniya və İsveçrədən nəşrlər daxil olub.

İngilis, alman, fransız və türk dillərində olan nəşrlər sırasında “The Royal Society of Edinburgh Proceedings section of mathematics” (Edinburqun Kral Cəmiyyəti: riyaziyyat bölməsi materialları), “Climate`s cloudy crystal ball” (İqlimin buludlu büllur topu), “Willdenowia”, “Candollea”, “Archives des sciences” (Elmlərin arxivi), “Berichte der Bayerischen Botanischen Gesellschaft” (Bavariya Botanika Cəmiyyətinin hesabatları), “Germania”, “Bulletin de liaison des membres de la Societe de Geographie” (Coğrafiya Cəmiyyəti üzvləri üçün jurnal), Türk Dünyası Tarih Kültür Dergisi (Türk Dünyası Tarix və Mədəniyyət jurnalı) və digərlərini qeyd etmək olar.

Sözügedən nəşrlər bitki, yosunlar və göbələklərin sistematikası, riyaziyyatla bağlı beynəlxalq səviyyədə nəzərdən keçirilmiş məqalələr, iqlim dəyişkənliyi, tarix və bu kimi digər mövzuları əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: