2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini raket və artilleriya qurğularından atəşə tutması nəticəsində çoxsaylı dağıntılar baş verib.Döyüş bölgəsinə yaxın olan Mahrızlı kəndi də raket zərbələrinin təsirindən çoxsaylı dağıntılara məruz qalıb. Kəndə atılmış raket mərmilərinin parçalanmış hissələrini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə elmi işçi Sahibə Ələkbərova gətirib. Bu raket hissələrinin içərisində qadağan olunmuş reaktiv raketin başlıq hissəsi də var. Sözügedən əşyalar Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov tərəfindən toplanıb.Muzeyə gətirilən əşyalar içərisində erməni əsgərinə məxsus hərbi geyim, papaq, su qabı və qumbara qabı da var.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.