Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

19.03.2021 17:56
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Elm günü qeyd olunub

Radiasiya Problemləri İnstitutunda Elm günü qeyd olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, institutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 Mart – Elm Gününə həsr olunan vebinar keçirilib.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru və Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva əvvəlcə iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra Elm gününün tarixi və hüquqi əsasları, eləcə də Radiasiya Problemləri İnstitutunun Azərbaycan elminə töhfələrindən bəhs edən R.Mehdiyeva müəssisədə aparılan elmi tədqiqatların nəticələri, mövcud cihaz və avadanlıqlar, həmçinin kadr potensialı haqqında məlumat verib. R.Mehdiyeva çıxışının sonunda elmi və ictimai fəaliyyətinə görə institutun 3 doktorant və dissertantının Qadınlar Şurası tərəfindən Fəxri fərmanla təltif edildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, RPİ-nin Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və digərləri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Elm günü və onun əhəmiyyəti, eləcə də gənclərin elmi və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən institutun iki gənc əməkdaşı Elm günü münasibətilə Fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, sözügedən vebinarda institutun fəaliyyətini əks etdirən onlayn sərgi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: